loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Bakı-Quba istiqamətində ödənişli yollar çəkiləcək

Bakı-Quba istiqamətində ödənişli yollar çəkiləcəkBaş nazir Novruz Məmmədov “Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi ilə bağlı məlumatın forması”nı təsdiq edib

Qərar prezidentin 2017-ci il 11 dekabr tarixli 1719 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda məsələ təklif mərhələsindədir:
“İlkin olaraq Bakı-Ələt-Astara-İran sərhədi yolunun ödənişli olması nəzərdə tutulub. Qərar qəbul olunarsa, həmin yol ödənişli olacaq. Biz bu yolun ödənişli olması təkilifini vermişdik. Amma hələlik təklif olaraq qalır, çünki bu barədə rəsmi qərar yoxdur. Qərar olduqdan sonra yolda nəzarət-buraxılış məntəqələrinin, şlaqbaunların quraşdırılması baş tutacaq. Ən əsası tarif müəyyənləşəcək”.
A.Nəcəfli qeyd edib ki, yollardan istifadə üçün qiyməti Tarif Şurası müəyyən edəcək:
“Artıq yolun pullu olması ilə bağlı aidiyyəti qurumlara müraciət etmişik. Qiymətlər müəyyən olunan zaman – yük maşını ilə minik maşınının ödənişi fərqlənəcək. Çünki minik maşını yük maşını qədər ödəniş etməli deyil. Hazırda hətta ödənişli yolda sürət limiti barədə məlumat belə, yoxdur. Qanunda maksimal sürət 110 km/saat-dır. Amma bu, ödənişli yollarda tamam fərqlidir. Orada minimal sürət müəyyən olunur. Çünki avtomobil yaşayış məntəqələrindən keçmir və daha sürətli olmaqla, sürücülərin mənzil başına tez çatmasını təmin edilir. Əgər Bakı-Ələt-Astara-İran sərhədi yolunun ödənişli olması reallaşarsa, digər yollarda da tətbiqi mümkün olacaq. Ödənişli yol istifadəyə verilən zaman mütləq alternativ yol olmalıdır və asfalt örtüyü keyfiyyət baxımından geri qalmamalıdır. Bu, vətəndaşa seçim imkanı verir ki, ödənişli yolla getsin, yoxsa ödənişsiz”.
AAYDA rəsmisi qeyd edib ki, qərar qəbul olunacağı təqdirdə Bakı-Quba, həmçinin Şamaxı-Quba istiqamətində ödənişli yollar çəkilə bilər.
Bölmə: Sosial | 24 iyul 2018 16:12 | Baxış sayı: 112





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: