BolgeXeber.Com » Dünya » Pakistanda seçkilər keçirilir: parlament və əyalət məclisinin üzvləri müəyyənləşəcək

Pakistanda seçkilər keçirilir: parlament və əyalət məclisinin üzvləri müəyyənləşəcək

25-07-2018, 10:49
Oxunub: 3 814 Pakistanda seçkilər keçirilir: parlament və əyalət məclisinin üzvləri müəyyənləşəcəkBu gün Pakistanda parlament və əyalət məclisinin üzvlərini müəyyənləşdirmək məqsədilə seçkilər həyata keçirilir

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, ölkədə 106 milyon seçici var. Seçki prosesinin təhlükəsiz şəkildə həyata keçirilməsi üçün çox sayda təhlükəsizlik qüvvələri iş başında olacaq.

Seçkilərin nəticəsində parlamentdə 272 yerin sahibi və 4 əyalət məclisinin üzvləri müəyyənləşəcək.

Əsas mübarizə Pakistan Nəvaz Müsəlman Liqası və Pakistan Tehreek-e-Insaf partiyaları arasında gedəcək. "Pakistan Tehreek-e-Insaf"a rəhbərlik edən İmran Əhməd Xan Niyazinin şansı yüksək qiymətləndirilir.

Qeyd edək ki, son seçkilərin qalibi və sabiq baş nazir Nəvaz Şərif hazırda həbsdədir. O, korrupsiya və rüşvətxorluq ittihamı ilə azadlıqdan məhrum edilib.