BolgeXeber.Com » Xəbərlər » Bakıda holdinq rəhbərini qanına qəltan etdilər – 17 bıçaq zərbəsi (Foto)

Bakıda holdinq rəhbərini qanına qəltan etdilər – 17 bıçaq zərbəsi (Foto)

25-07-2018, 16:58
Oxunub: 1 625 Bakıda holdinq rəhbərini qanına qəltan etdilər – 17 bıçaq zərbəsi (Foto)“E Media Group” media holdinqinin rəhbəri Elşən Əliyev bıçaqlanıb.

O, ötən gecə naməlum şəxs tərəfindən 17 bıçaq zərbəsi alıb.

E.Əliyev 3 saylı Şəhər klinik Xəstəxanasına aparılıb. O, hazırda reanimasiyadadır.

Elşən Əliyevin yaxın dostu, aparıcı Aysel Nazimin “Qafqazinfo”ya verdiyi məlumata görə, hadisə tanımadığı şəxsin ondan siqaret istəməsindən sonra baş verib:

“Dünən bıçaqlayıblar, reanimasiyadadır. Deyirlər ki, bir nəfər yaxınlaşaraq ondan siqaret istəyib. O, daha sonra Elşəndən telefonu tələb edib, mübahisə yaranıb və 17 bıçaq vurub”.

Elşən Əliyevin səhhəti ilə bağlı maraqlanmağa çalışsaq da, 3 saylı Şəhər klinik Xəstəxanasından telefona cavab verən olmayıb.
Bakıda holdinq rəhbərini qanına qəltan etdilər – 17 bıçaq zərbəsi (Foto)