BolgeXeber.Com » Dünya » Bələdiyyə sədri ağcaqanadlar qarşısındakı acizliyini bu şəkildə ifadə etdi

Bələdiyyə sədri ağcaqanadlar qarşısındakı acizliyini bu şəkildə ifadə etdi

25-07-2018, 18:18
Oxunub: 2 505 Bələdiyyə sədri ağcaqanadlar qarşısındakı acizliyini bu şəkildə ifadə etdiFransanın Briollay ərazisinin bələdiyyə sədri sel fəlakətindən sonra yaranan ağcaqanad problemini qeyri-adi yolla həll edib.

Qaynarinfo xəbər verir ki, 3 min nəfərin yaşadığı ərazi insanları bələdiyyəyə ağcaqanadlar barədə şikayət ünvanlayıb. Bu canlılar əleyhinə tədbirlər görülsə də, ciddi nəticə əldə edilməyib.

Bələdiyyə sədri Andre Mağşo vəziyyət qarşısında çarəsizliyini belə ifadə edib: "Ağcaqanadların əraziyə girişini qadağan etmişəm".

Qeyd edək ki, Mağşo qərardan sonra ağcaqanadların sayının azaldığını, lakin növbəti sel fəlakətində ərazinin eyni problemlə üzləşəcəyini dilə gətirib.