BolgeXeber.Com » İdman » “Qarabağ” səfər matçını heç-heçə başa vurdu-VİDEO

“Qarabağ” səfər matçını heç-heçə başa vurdu-VİDEO

26-07-2018, 09:31
Oxunub: 2 698 “Qarabağ” səfər matçını heç-heçə başa vurdu-VİDEO“Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.

“Report”un məlumatına görə, Azərbaycan çempionu səfərdə Albaniyanın “Kukesi” komandası ilə üz-üzə gəlib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu avqustun 1-i Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 21:00-da start götürəcək.

Çempionlar Liqası, II təsnifat mərhələsi

İlk oyun

25 iyul

21:00. “Kukesi” (Albaniya) – “Qarabağ” (Azərbaycan) – 0:0

Baş hakim: Ola Hobber Nilsen

Baş hakimin köməkçiləri: Tom Harald Qronevik, Qeyr Oskar İsaksen

Dördüncü hakim: Kay Erik Stin (hamısı Norveç)

Hakim-inspektor: Xuan Antonio Fernandes Marin (İspaniya)

UEFA nümayəndəsi: Roy Katkart (Şimali İrlandiya)

Şkoder. “Loro Boriçi” stadionu.