BolgeXeber.Com » Siyasət » Zakir Həsənov Moskvaya səfər edəcək

Zakir Həsənov Moskvaya səfər edəcək

26-07-2018, 13:14
Oxunub: 2 874 Zakir Həsənov Moskvaya səfər edəcəkAzərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqunun dəvəti ilə iyulun 27-də Moskvaya səfərə yola düşəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov iyulun 28-də “Beynəlxalq ordu oyunları - 2018” yarışlarının rəsmi açılış mərasimində iştirak edəcək.