BolgeXeber.Com » Xəbərlər » "Elmira Axundova 250 mini qaytarıb" - deputat oğlunun adı keçən məhkəmə işi

"Elmira Axundova 250 mini qaytarıb" - deputat oğlunun adı keçən məhkəmə işi

26-07-2018, 13:35
Oxunub: 2 403 "Elmira Axundova 250 mini qaytarıb" - deputat oğlunun adı keçən məhkəmə işiKülli miqdarda dələduzluqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. Zərərçəkmişlərdən biri deputat oğludur.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə iclası hakim Rahib Salmanovun sədrliyi ilə davam etdirilib.

Bu gün baş tutan məhkəmə prosesində zərərçəkmiş Fərman Məmmədov suallara cavab verib.

Zərərçəkmiş bildirib ki, ümumilikdə 575 min manat pul verib: "Həmin məbləğdən 140 min manatı deputat Elmira Axundovanın oğlu Həbib Axunovun zəmanəti ilə Elnura vermişəm. 435 min manatı isə Həbibin özünə vermişəm".

Zərərçəkmiş söyləyib ki, deputat Elmira Axundova ona 250 min manat pul qaytarıb.

Fərman Məmmədova deyib ki, istintintaq dövründə onun zərəri düzgün göstərilməyib.

O qeyd edib ki, E.Axundova ilə aralarında bir neçə dəfə də telefon danışıqları olub. Mənə Elmira Axundova bildirdi ki, qəpiyimə qədər bütün pullarımı qaytaracaq. Bu biznes işində pramida quruldu. Bunu da edən Həbib Axundov oldu. Onunla aramızda səs yazıları var. Həbib hər şeyi boynuna alır, etiraf edir ki, bu işi o edib".

Elnur İbrahimov ittihamla özünü təqsirli bilmir. Deyir ki, 2007-2009-cu illərədək “İntelekt” MMC-də kuriyer və satış meneceri, daha sonra isə “OfisOne” şirkətində satış meneceri işləyib. O ifadəsində göstərib ki, müxtəlif şirkətlərdən nisyə mal alaraq satmağa başalyıb.

Müxtəlif şəxslərdən əvvəlcə xırda məbləğlər alaraq iş görən E.İbrahimov onlara qısa zamanda qazanclar da qaytarıb. Bu işlər bir müddət davam etdikdən sonra Elnur İbrahimov daha çox qazanc əldə etmək üçün işlədiyi şəxslərdən böyük məbləğlərdə borclar almağa başlayıb.

İttihama görə, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər - Elvin Vəliyev, Fərman Məmmədov və digərlərindən biznes qurmaq adı ilə ümumilikdə onların 1 milyona yaxın pulunu alıb.

Bu işdə deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş kimi tanınır.

Məlumata görə, E.İbrahimovla deputatın oğlu ilə dost olub. Cinayət işi başlanılan zaman E.İbrahimov ölkədən qaçıb, daha sonra Rusiyada həbs edilib.

Onu da qeyd edək ki, zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova veriblər.