Sükan arxasında narkotik qəbul edən avtobus sürücüsü danışdı – FOTO
26-07-2018, 17:16
Oxunub: 2 798
Dünən mətbuatda sükan arxasında narkotik qəbul edən sürücü barədə video yayılmışdı
Daha sonra yol polisi həmin sürücünü aşkar etmiş və İlkin Tağıyev barəsində toplanmış materiallar məhkəməyə təqdim edilmişdi. Eyni zamanda sürücünün kalon rəisi Oktay Qurbanov da məsuliyyətə cəlb edilmişdi. Bolgexeber.com xəbər verir ki, bu gün “avtosfer.az” saytının əməkdaşı həmin sürücü ilə görüşüb. Sürücü öz əməlindən peşman olduğunu qeyd edib. Bildirib ki, bir neçə gün əvvəl “Chinar trans” şirkətində işə düzəlib və video yayılan gün də hələlik qeyd etmədiyi mənbədən narkotik maddəni əldə edib və sükan arxasına qəbul etməyə çalışarkən videosu çəkilib. Sosial şəbəkələrdə həmin video yayılandan sonra həbs olunub. Məhkəmənin qərarına görə ona 30 sutka həbs verilib.Sürücüyə nəzarət etmədiyi üçün 15 sutka həbs alan kalon rəisi Oktay Qurbanov bildirib ki, bir neçə gün sürücü onlara müraciət edib və tibbi müayinə haqqında arayış və sürücülük vəsiqəsini təqdim edərək işə qəbul olunub və həmin gün də bu hərəkətləri edib.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər