İsmayıllının prokuroru da HƏBS EDİLDİ
27-07-2018, 13:05
Oxunub: 1 608
iki gün öncə vəzifəsindən çıxarılan və böyük köməkçisi həbs edilən İsmayıllı rayon prokuroru Ülvi Abbasov da saxlanılıb.
Bolgexeber.comqafqazinfo-ya istinadən xəbər verir ki, prokuror Ü.Abbasovun barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, təcridxanaya köçürülüb.
Ü.Abbasov da köməkçisi Faiq Quliyev kimi külli miqdarda və təkrar rüşvət almaqda ittiham edilib.
Baş Prokurorluğun yaydığı məlumata görə, adıçəkilən vəzifəli şəxslər iş adamları Azad Əliyev və Qalib Süleymanovdan Göyçay və İsmayıllı rayonlarda qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı aparılan araşdırmalar zamanı onlar barəsində cinayət işi başlanmaması üçün külli miqdarda rüşvət alıb. Hər iki biznesmen karxana sahibi olublar. Bu məsələ ilə bağlı araşdırmalar isə Göyçay rayonunda körpünün uçmasından sonra başlanılıb və məsələ prezident İlham Əliyevin nəzarətindədir.
Ülvi Abbasov 2016-cı ildə baş prokuror Zakir Qaralovun əmri ilə İsmayıllı rayon prokuror təyin edilib. Ondan əvvəl isə Binəqədi rayonunda prokuror köməkçisi kimi çalışıb.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə