BolgeXeber.Com » Siyasət » Prezidentdən Astaranı sevindirən sərəncam

Prezidentdən Astaranı sevindirən sərəncam

27-07-2018, 20:04
Oxunub: 2 810 Prezidentdən Astaranı sevindirən sərəncamAstara rayonunun Ojakəran–Tüləküvan–Təngərüd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sərəncam imzalayıb

Bolgexeber.com xəbər verir ki, sərəncama əsasən doqquz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Ojakəran–Tüləküvan–Təngərüd avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,4 milyon (üç milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.