BolgeXeber.Com » Xəbərlər » Növbəti səyyar-qəbul görüş Tərtərin Rəcəbli kəndində oldu-FOTO

Növbəti səyyar-qəbul görüş Tərtərin Rəcəbli kəndində oldu-FOTO

27-07-2018, 18:34
Oxunub: 3 096 Növbəti səyyar-qəbul görüş Tərtərin Rəcəbli kəndində oldu-FOTOTərtər Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşləri davam edir. Növbəti səyyar qəbul-görüş Sarov kənd İƏD üzrə nümayəndəliyin Rəcəbli kəndində oldu

Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Sarov kənd İƏD üzrə nümayəndə İnqilab Hətəmov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Mayıl Aslanov, İsrayıl Mahmudov, Zöhrab Şirinov, Mehman Səfərov, Feyzi Xəlilov əsasən elektrik təsərrüfatının yenidən qurulması, yeni subartezian quyusunun qazılması, telefon xəttinin çəkilməsi, suvarmada yaranan çətinliklər və digər şəxsi məsələlər barədə müraciət etdilər.
Qaldırılan məsələlər barədə icra başçısı tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışaraq, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.
Bolgexeber.com