BolgeXeber.Com » İdman » U-19-un qalibi müəyyənləşdi

U-19-un qalibi müəyyənləşdi

30-07-2018, 09:34
Oxunub: 2 822 U-19-un qalibi müəyyənləşdi19 yaşadək futbolçular arasında Avropa çempionatına yekun vurulub.

APA-nın məlumatına görə, finalda İtaliya ilə Portuqaliya görüşüb. Matçın əsas vaxtı bərabərliklə (2:2) yekunlaşdığından qalibi əlavə vaxtda müəyyən etmək mümkün olub.

Azarkeşlərin ümumilikdə 7 qola şahidlik etdiyi qarşılaşma portuqaliyalıların 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

İtaliya millisinin heyətində Moyze Kin dubl edib, bir qolu isə Skamakka rəqib qapısından keçirib. Portuqaliya yığmasının qollarını isə Joau Filippe (2), Fransişku Trinkau və Pedro vurub.