BolgeXeber.Com » Xəbərlər » Novruz Məmmədov intihar etmək istəyən kişini fikrindən daşındırdı -FOTOLAR

Novruz Məmmədov intihar etmək istəyən kişini fikrindən daşındırdı -FOTOLAR

30-07-2018, 10:48
Oxunub: 2 805 Novruz Məmmədov intihar etmək istəyən kişini fikrindən daşındırdı -FOTOLARBakıda intihar edən şəxsi fikrindən baş nazir Novruz Məmmədov daşındırıb.

Bolgexeber.com xəbər verir ki, Musavat.com intihara cəhd hadisəsi ilə bağlı bəzi təfərrüatlar əldə edib.

Məlumata görə, səhər saat 7:30 radələrində intihar məqsədi ilə körpüyə çıxan şəxs qadın yox, kişi olub.

O, həyat yoldaşının ondan boşanmaq istəməsinə etiraz olaraq intihar etmək istəyirmiş. Hadisə yerinə gələn FHN və polis əməkdaşlarının həmin şəxslə danışıqları təxminən bir saata yaxın davam edib.

Həmin zaman baş nazir Novruz Məmmədov Heydər Əliyev prospektində xidməti maşınında hərəkətdə olub. Baş nazir avtomobilini saxlatdıraraq hadisə ilə maraqlanıb.

İntihar edən şəxslə baş nazir arasında telefon danışığı olub. N.Məmmədovun həmin şəxsi fikrindən daşındırdığı bildirilir.

Daha sonra hadisə yerinə intihara cəhd edən şəxsin xanımı da dəvət edilib.