BolgeXeber.Com » Dünya » Adnan Oktar gözəl qızları necə aldadıb? – “Reklam ulduzu” olacaqmışlar
Adnan Oktar gözəl qızları necə aldadıb? – “Reklam ulduzu” olacaqmışlar
30-07-2018, 13:36
Oxunub: 2 662
Adnan Oktar cinayətkar qruplaşmasında “qızgətirmə imamı” olan Bora Yıldızın aldada bilmədiyi qızlar üçün Oktara zəng edib, taktikalar öyrəndiyi ortaya çıxıb
Sözügedən cinayətkar qrupla bağlı aparılan istintaq nəticəsində hər gün ortaya yeni qalmaqallı detallar çıxır. İstintaq çərçivəsində ifadə verən şahidlərdən biri deyib ki, qruplaşmaya gözəl qızları daxil etmək üçün xüsusi olaraq təlimatlandırılan və adı “qızgətirmə imamı” olan Bora Yıldız bəzən məqsədinə çatmaqda ciddi əngəllərlə üzləşirdi. Şahid ifadəsində aşağıdakıları deyib: "Adnan Oktara daim qızları necə aldadacağı ilə bağl təlimatlar verir. Məsələn, cinayətkar qrupun üzvü Bora Yıldız bizim yanımıza gəlib, daxili teleondan Adnan Oktara zəng edərək, heç cür aldada bilmədiyi qızlarla bağlı ondan məsləhət alır, Adnan Oktar da bu qızın necə tovlanacağı ilə bağlı təlimatlar verirdi”.
“Reklam edəcəyik”
Qrupa qız gətirmə məsələsində Bora Yıldz Dolunay Tezin ilə bərabər hərəkət edirmiş. İkisi AVM-lərdə gəzir, gördükləri gözəl qızların yanına ilk olaraq Dolunay Tezin gedir və qıza çox gözəl olduğunu, özlərinin də reklam şirkətini təmsil etdiklərini deyir. O, daha sonra qıza istəyərsə onu reklam şirkətinin rəhbəri ilə tanış edə biləcəyini deyərək, onun cib telefonunu alır.
Dolunay Tezin qızla yazışaraq onunla dost olur və etibarını qazanır. Daha sonra qızı Bora Yıldızın ofisinə gətirir və Yıldızı reklam şirkətinin müdiri olaraq tanış edir. Bora Yıldız burada qızla tanış olur və qısa müddətdə sevgili olurlar.
Bunun ardınca isə qızları cinayətkar qruplaşmaya qız gətirmə məsələsində bərabər hərəkət etdikləri qrup üzvləri Ender Daban və Kartal Göktan ilə tanış edirlər. Qız təşkilatda 50-60 nəfərlə əlaqədə olandan sonra onların köləsi halına gəlir. Psixoloji və fiziki olaraq çöküntüyə uğrayan qız artıq Adnan Oktara təqdim edilməyə hazır hala gətirilir.
Televiziyada bəyənib, “gətirin” deyərdi
Adnan Oktar televiziyada gözəl aparıcı və spikerləri görəndə dərhal Boranı yanına çağırırmış. “Bora bu qızı mənə gətirsin”. Hətta Bora Yıldız bu üsulla bir neçə aparıcı və spikerlə də sevgili olub.(musavat.com).
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər