BolgeXeber.Com » Xəbərlər » İmtahanlarda 360 baldan az yığanlar pulsuz təhsilə düşə bilməyəcəklər

İmtahanlarda 360 baldan az yığanlar pulsuz təhsilə düşə bilməyəcəklər

30-07-2018, 14:23
Oxunub: 1 903 İmtahanlarda 360 baldan az yığanlar pulsuz təhsilə düşə bilməyəcəklər"İxtisas qruplarında keçid bal fərqləri müxtəlifdir. Ona görə də ixtisas seçimində hər kəs balını bilib ona görə seçim etməlidir. Təəssüf ki, ixtisas seçimi zamanı abituriyent və onun valideyni kiməsə müraciət edir".

Bolgexeber.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, valideynlər öz uşaqlarının taleyini başqasının əlinə buraxır:

"Bunun da nəticəsində abituriyent istəmədiyi ixtisasa və şəhərə qəbul olur. Ona görə də ərizəni təsdiq edən abituriyentin özü olmalıdır. Birinci və ya axırıncı ərizənin təsdiq edilməsi heç bir əhəmiyyət kəsb etmir. Çünki seçim abituriyentin topladığı bala əsasən aparılır. Məsləhət görərdim ki, üç dəfə ərizə dəyişməkdənsə dəqiq seçim edilsin".

M.Abbaszadə qeyd edib ki, ixtisas seçimininin rahat olması üçün mərkəzin xidmətləri fəaliyyət göstərir: "Valideynlər də bu xidmətlərdən yararlana bilərlər. I qrup üzrə 14 475 yer ayrılıb. Bunun da təxminən 5600 dövlət sifarişli yerlərdir. 360 baldan aşağı nəticə göstərən şəxsin dövlət sifarişli yerlərdə oxumaq şansı aşağıdır.