BolgeXeber.Com » Xəbərlər » Çamışlar Nabran çimərliyində belə dincəlir – FOTOLAR

Çamışlar Nabran çimərliyində belə dincəlir – FOTOLAR

30-07-2018, 16:44
Oxunub: 2 109 Çamışlar Nabran çimərliyində belə dincəlir – FOTOLARFerma heyvanları turistlərlə birlikdə dənizə girib

Şimal bölgəsində iribuynuzli mal-qara turistlərlə birlikdə dincəlir. Xaçmazda dəniz sahilində çəkilən fotoları gördükdən sonra belə qənaətə gəlmək mümkündür.

Turkustan.info məlumatına görə, ilin isti günləri yerli sakinlərin, eləcə də qonaqların sərinləmək, dincəlmək üçün ən çox üz tutduqları məkanlardan biri də Xaçmazdır. Rayaondakı Nabran və Müqtədir yaşayış məntəqələri, sahil boyu çimərliklər sərinləmək üçün gələn turistlərlə dolu olur. Amma müşahidələrimiz göstərir ki, dəniz sahili boyu təkcə insanlar dincəlmir, yerli əhalinin saxladığı mal-qara da müntəzəm olaraq sahildə sərinləyir.

Bu fotolar istirahət günü Müqtədir çimərliyində çəkilib. Yerli sakinlərindən birinin fermasında olan 26 baş camış insanların dincəlmək üçün üsz tutduqları ərazidə – dəniz sahilində, çimərlikdə dincəlir.

Bu məsələ müntəzəm olaraq gündəmə gəlir. Yerli rəsmilər isə heyvan sahiblərilə bacara bilmədiklərini deyirlər. Xaçmaz rayon icra başçısının Müqtədir İnzibati Ərazi Daisrəsi üzrə nümayəndəsi Rahil Məmmədov sahildəki mal-qaranın yerli sakinlərdən birinə məxsus fermada saxlanıldığını, amma onların sahilə buraxılmaması üçün kəsərli bir tədbir görə bilmədiklərini deyib. Onun sözlərinə görə, dəfələrlə heyvan sahiblərilə söhbətlər aparılıb, ancaq heç nir nəticə yoxdu. İcra nümayəndəsi faktı xüsusi nəzarətə götürəcəyini deyib.
Çamışlar Nabran çimərliyində belə dincəlir – FOTOLAR
Çamışlar Nabran çimərliyində belə dincəlir – FOTOLAR