BolgeXeber.Com » Mədəniyyət » Bəstəkar Xəyyam Mirzəzadə vəfat edib

Bəstəkar Xəyyam Mirzəzadə vəfat edib

30-07-2018, 20:10
Oxunub: 4 240 Bəstəkar Xəyyam Mirzəzadə vəfat edibAzərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi Xəyyam Mirzəzadə vəfat edib.

"Report"un məlumatına görə, görkəmli bəstəkar uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

Qeyd edək ki, X.Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunur. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib.