BolgeXeber.Com » İdman » Klub prezidenti yeni transferi səhv saldı: "Adriana Limanı aldıq"

Klub prezidenti yeni transferi səhv saldı: "Adriana Limanı aldıq"

31-07-2018, 09:56
Oxunub: 3 154 Klub prezidenti yeni transferi səhv saldı: "Adriana Limanı aldıq""Bursaspor" klubunun prezidenti Ali Ay Portuqaliyanın "Eştoril" klubundan bir illik icarəyə götürdükləri Allano Limanın təqdimat mərasimində etdiyi səhvlə gülüş hədəfinə çevirilib

Qaynarinfo xəbər verir ki, klub rəhbəri 23 yaşlı futbolçunun müqavilə şərtlərini açıqlayan zaman ona Adriana Lima deyib. Daha sonra səhvini düzəldərək çıxışına davam edib.

Qeyd edək ki, "Bursaspor"da Azərbaycanın U-21 yığmasının üzvü Ozancan Kökçü çıxış edir.