BolgeXeber.Com » Sosial » “Bakı Metropoliteni” gediş haqqının yenidən artacağı haqda

“Bakı Metropoliteni” gediş haqqının yenidən artacağı haqda

31-07-2018, 17:24
Oxunub: 3 028 “Bakı Metropoliteni” gediş haqqının yenidən artacağı haqdaBir sərnişin daşınması 47 qəpiyə başa gəlir

Bolgexeber.com bildirir ki, bunu jurnalistlərə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bu rəqəm MDB ölkələrində ən aşağı rəqəmdir: “Metroda gediş haqqı Kiyevdə 47-50 qəpik, Belarusda 55 qəpikdir. Rusiyada isə dəfələrlə bahadır”.

Bəxtiyar Məmmədov qeyd edib ki, hazırda MDB məkanında ən ucuz qiymət Azərbaycandadır.

O istisna etməyib ki, gələcəkdə gediş haqqı yenidən artırıla bilər.