BolgeXeber.Com » Xəbərlər » Nohurgöldə 33 yaşlı kişi batdı

Nohurgöldə 33 yaşlı kişi batdı

31-07-2018, 17:53
Oxunub: 1 859 Nohurgöldə 33 yaşlı kişi batdıQəbələdə Nohurgöldə 33 yaşlı kişi batıb

Bolgexeber.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonunun Nohurqışlaq kəndində Nohur gölündə (ən yaxın xilasetmə məntəqəsindən 2 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1985-ci il təvəllüdlü İsayev Fərid İkram oğlunun cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.