BolgeXeber.Com » Dünya » Tramp məhkəməyə verildi - SİLAH ÇERTYOJUNA GÖRƏ

Tramp məhkəməyə verildi - SİLAH ÇERTYOJUNA GÖRƏ

31-07-2018, 19:32
Oxunub: 4 205 Tramp məhkəməyə verildi - SİLAH ÇERTYOJUNA GÖRƏABŞ-ın 8 ştatı prezident Donald Tramp administrasiyasını, habelə “Defence Distributed”, “Second Amendment Foundation” adlı qurumları məhkəməyə verib

İKT.lent.az-ın “Korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, Nyu-Yorkun baş prokuroru Barbara Andervudun saytında yer alan xəbərdə bildirilir ki, məqsəd 3D printerlər üçün atıcı silahların çertyojlarının internetdə yayılmasının qarşısını almaqdır.

Andervud bildirib ki, 3D çap texnologiyası uçotunun aparılması mümkün olmayan və detektorların aşkar edə bilmədiyi atıcı silahları hazırlamaq imkanı verir. O, cinayətkarlara bu cür fürsətdən yararlanmaq imkanlarının verilməsini ağılsızlıq adlandırıb.

Məhkəməyə Nyu-York, Vaşinqton, Massaçusets, Konnektikut, Nyu-Cersi, Pensilvaniya, Oreqon, Merilend ştatlarının və paytaxtın Kolumbiya dairəsinin baş prokurorları müraciət edib.

İyunun sonunda “Defence Distributed” şirkəti avqustun 1-dən internetdə 3D printer vasitəsi ilə plastmasdan silahların “çap” edilməsi üçün çertyojların yayılmasına icazə ala bilib. Halbuki beş il öncə sabiq prezident Barak Obama administrasiyası bunu qadağan etmişdi. Lakin “Defence Distributed” şirkətinin yaradıcısı Kodi Uilson məhkəməyə müraciət edərək konstitusion haqlarının pozulduğunu bəyan edib. Tramp administrasiyası isə şirkətə internetdə çertyojları yerləşdirməyə icazə verib.

Qeyd edək ki, söhbət ABŞ-da mütəmadi olaraq kütləvi güllələnmələrdə istifadə olunan tapança və tüfənglərdən gedir. Bu sxemlər vasitəsi ilə istənilən şəxs 3D çap texnologiyasından istifadə edərək belə silahları hazırlaya bilər. Artıq mindən çox insan bu cür sxemləri internetdən yükləyib.