BolgeXeber.Com » Xəbərlər » Pentaqondan süni zəka layihəsi

Pentaqondan süni zəka layihəsi

31-07-2018, 19:45
Oxunub: 1 779 Pentaqondan süni zəka layihəsiABŞ Müdafiə Nazirliyi – Pentaqon süni zəka elementlərindən hərbi məqsədlə istifadə edilməsinə dair 885 milyon dollar dəyərində 5 illik müqavilənin şərtlərini razılaşdırır

İKT.lent.az-ın “The Wall Street Journal” nəşrinə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun podratçısı olan “Booz Allen Hamilton” firmasının vitse-prezidenti Coş Sallivan deyib.

Süni zəka texnologiyaları bu sahədə Rusiya və Çinlə daha uğurla rəqabət aparmağa imkan verəcək. Əsas vəzifə budur ki, orduda bəzi zəhmətli və rutin işlərin yerinə yetirilməsi süni zəkaya həvalə olunsun və beləliklə, hərbçilərə daha mürəkkəb məsələləri həll etmək üçün əlavə vaxt qazandırılsın. Məsələn, hazırda yüzlərlə hərbçi pilotsuz uçuş aparatları və digər hərbi texnikada quraşdırılmış kameraların çəkdiyi videoların vizual öyrənilməsinə cəlb olunub. Məqsəd təhlükə törədən hədəfləri və ya potensial düşməni müəyyənləşdirməkdir. Süni zəka isə imkan verəcək ki, eyni anda 15 video təhlil edilsin və yük avtomobilləri, minik maşınları, silahlar, anqarlar dəqiqliklə müəyyən edilsin.

Müqavilənin detalları məxfi saxlanılır.