BolgeXeber.Com » İdman » "Qarabağ" bu gün ÇL çərçivəsində növbəti oyuna çıxacaq

"Qarabağ" bu gün ÇL çərçivəsində növbəti oyuna çıxacaq

1-08-2018, 09:54
Oxunub: 3 501 "Qarabağ" bu gün ÇL çərçivəsində növbəti oyuna çıxacaqBu gün "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində Albaniya təmsilçisi "Kukesi"ni qəbul edəcək

Bolgexeber.com Report-a istinadən xəbər verir ki, səfərdə keçirdiyi ilk oyunda qolsuz heç-heçə edən Qurban Qurbanov rəhbərlik etdiyi kollekliv doğma azarkeş önündə qələbə qazanmağa çalışacaq. Ağdam təmsilçisi bu görüşdə yeni transferləri - Con Delarj və İnnosent Emeqaranın da xidmətindən yararlana biləcək.

"Qarabağ" "Kukesi" səddini keçəcəyi təqdirdə BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub olan komanda isə Avropa Liqasının III təsnifat mərhələsində "Torpedo” (Gürcüstan) – "Vikinqur” (Farer adaları) cütünün güclüsü ilə qarşılaşacaq.

Çempionlar Liqası

II təsnifat mərhələsi

Cavab oyunu

1 avqust

21:00. "Qarabağ” (Azərbaycan) – "Kukesi” (Albaniya)

Hakimlər: Peter Kraloviç, Miroslav Benko, Erik Vayss, Patrik Qrçka (hakimlər briqadası Slovakiyadandır)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.