Şəhərətrafı avtobuslarda nə qədər gedişhaqqı ödəməliyik?
1-08-2018, 12:03
Oxunub: 3 487
Tarif Şurası ölkədə nəqliyyatın qiymətinə dəyişiklik edəndən sonra bəzi suallar hələ də açıq qalıb
Belə ki, qərara görə metro və şəhərdaxili avtobuslarda qiymət 30 qəpik müəyyən olunub. Şəhərətrafı marşrut xətləri üzrə qiymətlər isə məsafəyə görə (hər kilometrə görə 2,4 qəpik) hesabalanacaq. Lakin hansı qəsəbəyə qiymətin nə qədər olacağı hələ də açıqlanmayıb.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, artıq şəhərətrafı yaşayış yerlərinə tətbiq olunan qiymətlər bəllidir:
"Yeni qiymətlər hesablanıb və hazır formada daşıyıcılara təqdim olunub. Daşıyıcılara tapşırıq verilib ki, sürücülər də təlimatlandırılsın. Yəni, ilk günlərdə qiymətdən məlumatı olmayan və ya şəhərə yeni gələn şəxslərlə qiymət artımı barəsində mübahisə etməsinlər. Çünki bəzi sərnişinlər bundan xəbərsiz ola bilər, buna görə də sürücülər səbrli davranmalıdırlar. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları və daşıyıcıların əməkdaşları gün ərzində marşrut avtobuslarında nəzarəti gücləndirəcəklər ki, hər hansı xoşəgəlməz hadisə baş verməsin və ya daşıyıcılar, sürücülər süni qiymət artımına yol verməsinlər”.
M.Ağayev qeyd edib ki, şəhərətrafı yaşayış yerləri üçün müəyyən edilən yeni qiymətlər gün ərzində ictimaiyyətə də açıqlanacaq.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər