BolgeXeber.Com » Gündəm » "Veysəloğlu" Şirkətində daha bir rəzalət- İşçisi bıçaqlandı

"Veysəloğlu" Şirkətində daha bir rəzalət- İşçisi bıçaqlandı

2-08-2018, 12:23
Oxunub: 6 080 "Veysəloğlu" Şirkətində daha bir rəzalət- İşçisi bıçaqlandı"Oba" marketdə filial müdirləri hansı formada şərlənir?

Müxtəlif böyük marketləri ("Araz" market, "Oba", "Favorit" və s.) özündə birləşdirən "Veysəloğlu Şirkəti ilə bağlı demək olar ki, redaksiyamıza hər gün ifşaedici məlumatlar daxil olur. "Araz" marketlər şəbəkəsində baş verən mənfi hallarla, vətəndaşlardan oğurluq edən şirkətin cibgirlik oyunları ilə bağlı faktlarla zənginləşdirilmiş material dərc etmək hazırlaşırdıq. Elə bu vaxt "veysəloğlu Şirkətinə daxil olan "Oba" marketlə bağlı rüsvayçı xəbər daxil oldu. Biz "Veysəloğlu" Şirkətinə daxil olan marketlərdə saxlanılan qoluzorlu, idmançı görkəmli, əcaib görkəmli gənclərin əxlaqsız hərəkətləri ilə bağlı çox eşidib-görmüşük. Qadınlara, müştərilərə qarşı əxlaqsız hərəkət etmək bu şirkətkətə daxil olan marketllərdə adi hala çevrilib. Buyurun, bu da faktlardan biri...
Bu gün Bərdə şəhər Ticarət Mərkəzinin içərisində fəaliyyət göstərən “Bərdə OBA market-7” mağazasında işləyən Məmmədova Yeganə Şakir qızına qarşı mağazanın administratoru,1967-ci il təvəllüdlü, Bərdə şəhər sakini Həsənov Ülfət Rafiq oğlu əxlaqsız hərəkət edib. Məsələdən xəbər tutan Y.Məmmədovanın qohumu, Bərdə şəhər sakini 1993-cü il təvəllüdlü Mamedov Rəhim Elçin oğlu hadisə yerinə gələrək Ü.Həsənovla mübahisə edib. Nəticədə R.Mamedov üzərində gəzdirdiyi bıçaqla Ü.Həsənovun bədəninin müxtəlif nayihələrinə 4 bıçaq zərbəsi vurub. Yaralı Bərdə şəhər Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Faktla bağlı Bərdə rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma maddəsilə cinayət işi başlanıb.

"Filial müdirini işdən azad edirərək baş vermiş oğurluqları da, bütün əyər-əskikləri də məhz onun belinə yükləyirlər"

"Veysəloğlu" Şirkəti ilə bağlı faktları növbəti yazılarımızda açıqlayacağıq. Amma hazırda redaksiyamıza daxil olan məlumatı sonraya saxlamaq fikrində deyilik. Belə ki, "Oba" marketlər şəbəkəsində xüsusi bir dəstə formalaşdırıblar. Və bu dəstənin əməlləri ucbatından indiyə qədər yüzlərlə vətəndaş əziyyət çəkib. Bəs bu dəstə "Veysəloğlu" Şirkətinin rəhbərliyinin tapşığı ilə öz çirkin əməllərini necə həyata keçirir? Öncə marketin filiallarından birinə bir nəfəri müdir təyin edirlər. Daha sonra marketdə oğurluq hadisəsi baş verir. Bu zaman filial müdiri oğurluq edən şəxsin kimliyini müəyyənləşdirərək tədbirlər görülməsi üçün lazımı addımları atır. Və məsələ qanun çərçivəsində "həll olunur". Bir müddət sonra isə həmin filial müdirini işdən azad edirərək baş vermiş oğurluqları da, bütün əyər-əskikləri də məhz onun belinə yükləyirlər. Qısası, şirkət rəhbərliyi ikiqat qazanır, həm oğrudan pulunu alır, həm də filial müdirini şərləyib soyur.

P.S. Növbəti yazımızda "Oba", "Araz" marketlər şəbəkəsində baş verən cibgirliklə, oğurluqlarla bağlı faktları dərc edəcəyik. Qeyd edək ki, adıçəkilən marketllərdə məhsul vitrində 3 manat 10 qəpik ( qiymət şərtidir) göstərilsə də, kassada 3 manat 90 (qiymət şərtidir) vurulur. Vətəndaş bunu hiss etmir və oğurluqdan evdə çekə baxdıqdan sonra xəbər tuta bilir. Bir çox hallarda isə çekə baxmırlar.
Bolgexeber.com olaraq qarşı tərəfi də dinləməyə hazırıq.