BolgeXeber.Com » Gündəm » Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağac soyqırımına niyə göz yumur?(FOTOLAR)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağac soyqırımına niyə göz yumur?(FOTOLAR)

2-08-2018, 13:47
Oxunub: 4 023 Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağac soyqırımına niyə göz yumur?(FOTOLAR)Bakıda ağac soyqırımı davam edir

Bu dəfə daha amansız formada. Bolgexeber.com bildirir ki,son vaxtlar Bakının elə bir rayonu yoxdur ki, orada məhlələrdə ağaclar məhv edilməsin. İnsanların on illiklərdir kölgəsində dincəldiyi ağacların dibini kislota tökülür, yaşıllıqlar məhv edilir, parklar dağıdılır, yerində isə göydələnlər ucaldılır. Olsun! Ölkəmizdə böyük infrastruktur işləri həyata keçirilir, dövlət başçısının xüsusi qayğısı ilə yeni-yeni parklar salınır. Bəs dövlət başçısının atdığı addımlara zərbə vuran, parkları, ağacları, yaşıllıqları məhv edənlər nəyə nail olmaq istəyirlər!? Ümumiyyətlə, bu məsələyə cavabdeh olan qurumlar nə üçün ağızlarına su alıb oturublar!? Vaxtilə mərhum prezident Heydər Əliyev ağacların məhv eilməsinə görə qətiyyətlə mövqe ortaya qoyaraq bütün bədxah niyyətli insanları yerində oturtmuşdu. Bu gün də dövlət başçısı İlham Əliyev bu məsələ ilə bağlı ortaya yetərincə qətiyyətli mövqe qoyub. Məsələ bundadır ki, bu məsələyə cavabdeh olan qurumlar, təşkilatlar, bəzi dövlət rəsmiləri susub oturublar. İnsafən, həqiqəti demək lazımdır ki, sabiq Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırovun zamanında bu qədər biabırçılıq yox idi, ağaclara, yaşıllıqlara qarşı bu qədər genişmiqyaslı soyqırımı həyata keçirilmirdi. H.Bağırov həm də yaşıllıqlara qarşı qarşı xüsusi həssaslıq nümayiş etdirirdi. Yadımızdadır ki, rayonlarda meşələrdə həyata keçirilən ağac soyqırımı ilə bağlı məhz H.Bağırov xeyli sayda səlahiyyətli şəxsi cəzalandırmışdı. Elə Bakının özündə də o, bu boyda biabırçılığa rəvac verməzdi. Əcəba, Ekologiya və Təbii Sərvətlər Naziri Müxtar Babayev nə üçün susur, hər gün mətbuatda dərc olunan ağac soyqırımı ilə bağlı məsələlərə nə üçün reaksiya vermir? Bəlkə ağacları məhv edən tikinti maqnatlarından qorxur? Əgər qorxursa, o zaman H.Bağırov həmin kresloda oturanda niyə qorxmurdu?
Hazırda Nərimanov, Nəsimi, Yasamal rayonlarında dəhşətli mənzərə yaranıb. hansı məhləyə girirsən, görürsən ki, ağacların kökünə kislota tökülüb, kökləri qazınıb, budaqları doğranıb, miniparklar məhv edilib. Maşallah olsun, cəmi-cümlətan 5-10 günə məhv eilmiş ağacların yerində də fuflo çubuqları ilə zırpı bir bina ucaldıblar. Məsələ bundadır ki, əməkdaşlarımız belə halların dəfələrlə şahidi olub işıqlandırıblar. Eləcə də digər media qurumları bu məsələdə həssaslıq nümayiş etdiriblər. Bu məsələyə cavabdeh qurumlar- ETSN, BŞİH ən yaxşı halda öz nümayəndələrini əraziyə göndərirlər. Amma çifayda...! Dövlət qurumlarının əməkdaşları da məzlum görkəm alıb boyunlarını bükürlər.
Cənab Prezident, ağacları xilas edin, elə bizləri də! Oksigeni əlimizdən almasınlar!
P.S. Buradan ETSN-nə müraciət edirik: hörmətli Muxtar müəllim və əməkdaşları! Ağac soyqırımını dayandırın, ağacları tikintilərə qurban verməyin, oliqarxlardan çəkinməyin. Sizi ora dövlət başçısı təyin edib. Gedin, məruzə edin!
P.P.S. Əlinizdə fakt yoxdursa, bizimlə əlaqə saxlayın, sizə faktları da verək!
Bolgexeber.com