Toydan qayıdan xanəndəni kim öldürüb? - Müəmmalı qətl
2-08-2018, 14:02
Oxunub: 1 766
Xəbər verdiyimiz kimi, gənc xanəndə Miryusif Mirizadə ötən gün Bərdə rayonunda toy məclisindən çıxdıqdan sonra naməlum şəraitdə qətlə yetirilib
Onun 14 bıçaq zərbəsi vurulmuş meyiti avtomobildən tapılıb. Daha əvvəl hadisənin yol qəzası olduğu ehtimal edilirdi. Araşdırma zamanı məlum olub ki, M.Mirizadə kimliyi hələlik məlum olmayan şəxs və ya şəxslər tərəfindən öldürülüb.
Hadisə vaxtı onunla birlikdə olan xanəndə Novruz Hüseynovun meyiti isə bu gün Qarabağ kanalında aşkar edilib. Ehtimal edilir ki, hər iki şəxs qətlə yetirilib. Bununla yanaşı xanəndələrin ölümü barədə müxtəlif ehtimallar mövcuddur.
Miryusif Mirizadənin əmisi Mirsəməd Mirizadə AzVision.az-a bildirib ki, onlar hadisənin necə baş verməsi, motivləri barədə məlumatsızdırlar. Onun sözlərinə görə, qardaşı oğlunun bədənindəki yaralar ekspertiza zamanı şübhələr doğurub.
“Xəbəri ilk bilən qardaşım olub. O, keçmiş polis əməkdaşıdır. Polis idarəsində Miryusifin soyadından biliblər ki, bizim qohumumuzdur. Ona görə də ilk ona zəng ediblər. Daha sonra meyiti Bərdə Polis Şöbəsininin əməkdaşları morqa aparıblar və orada ekspertiza edilib. Miryusifin bədənində elə yaralar var ki, ekspertizadan keçəndə şübhələr doğurub. Müəmmalar var. Çox dəhşətli vəziyyətdir. Təsəvvür edin, maşın yuvarlanıb, ağacları qıra-qıra gedib. Biz hələ də bilmirik ki, nə baş verib? Qəzadır, yoxsa qətl, bilmirik. Miryusif elə vəziyyətdə idi ki, biz onun meyitinə baxa bilmədik. Araşdırmadan sonra hər şey dəqiq bilinəcək", - deyə Mirsəməd Mirizadə vurğulayıb.
Mərhumun qohumu deyib ki, Miryusif Mirizadə və Novruz Hüseynon yaxın dost olublar.
Xatırladaq ki, N.Hüseynov və M.Mirizadə 2015-ci ildə təşkil edilən "Televiziya Muğam Müsabiqəsi"nin iştirakçıları olublar.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə