BolgeXeber.Com » Gündəm » Bolgexeber.com-un 9 yaşı tamam olur

Bolgexeber.com-un 9 yaşı tamam olur

3-08-2018, 11:30
Oxunub: 4 453 Bolgexeber.com-un 9 yaşı tamam olurBolgexeber.com saytının 9 yaşı tamam olur

2009-cu ildə təsis edilən Bolgexeber.com ötən müddət ərzində ölkənin populyar xəbər saytlarından birinə çevrilməyi bacarıb.
Saytda nəinki bölgələrdə ,eləcə də ölkədə baş verən hadisələr, ictimai-siyasi proseslər və digər maraqlı sahələr üzrə rəngarəng xəbərlər, yazılar yerləşdirilir,sosial problemlər işıqlandırılır. “Bolgexeber.com saytı olaraq, biz redaksiyamıza daxil olan bütün məlumatları daim dəyərləndirərək öyrənməyə və ətraflı işləyib işıqlandırmağa çalışmışıq. Əsas hədəfimiz ölkənin, xüsusən də əyalətlərin problemlərini işıqlandırmaq olub. Bu gün mətbuat mütəmadi olaraq ölkədə baş verənlərdən yazır. Lakin bunun fonunda bölgələrin problemləri olduqca az miqdarda işıqlandırılırdı və biz bu şərəfli missiyanı öz boynumuza götürdük və oxucuların reaksiyaları onu deməyə əsas verir ki,işin öhdəsindən gələ bilirik”,- Bolgexeber.com –un rəhəri Vasif Turan açıqlamasında bildirdi .

Azərbaycanda fəaliyyət göstərən tanınmış saytlardan biri olan Bolgexeber.com bu illər ərzində oxuculara obeyktiv və qərəzsiz informasiyaların çatdırılmasında bir çox işlər görməyi bacarıb və informasiya bazarında özünəməxsus yerini tuta bilib.

Vasif bəy yekunda saytın ayaq üstə qalmasında oxuculara təşəkkürünü bildirib. «Oxucularımıza dərindən təşəkkür edirik. Onların sayəsində bu gün saytımız daha da populyarlaşıb. Onlara söz veririk ki, davamlı olaraq operativ, dəqiq və qərəzsiz məlumatları diqqətlərinə təqdim edəcəyik».