BolgeXeber.Com » Siyasət » Trampın qızı atası ilə razı deyil

Trampın qızı atası ilə razı deyil

3-08-2018, 10:35
Oxunub: 2 312 Trampın qızı atası ilə razı deyilABŞ prezidenti Donald Trampın qızı İvanka atasından fərqli olaraq KİV-i xalq düşməni hesab etmir.

Oxu.Az xəbər verir ki, belə bir bəyanatla o, “Axios”un tədbirində çıxış edib.

Eyni zamanda İvanka əlavə edib ki, özü də bir neçə dəfə yalan məlumatların qəhrəmanına çevrilib.

KİV dəfələrlə Amerika liderinin tənqidi çıxışlarına hədəf olub. Rusiya prezidenti Vladimir Putinlə Finlandiyaya sammitə yollanarkən isə Tramp bildirmişdi ki, əksər xəbər agentlikləri “xalqın düşmənidir”.

Qeyd edək ki, Trampın mətbuata qarşı mənfi münasibəti hələ prezident seçkisi kampaniyası zamanında başlayıb. KİV seçkilərdə hazırki dövlət başçısının opponenti – Hillari Klintona dəstək verirdi. Hazırda da Donald Tramp administrasiyası KİV tərəfindən sərt tənqidlərə məruz qalır.