loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Azərbaycanın biznesmen deputaları – SİYAHI- ƏMLAKLAR

Azərbaycanın biznesmen deputaları – SİYAHI- ƏMLAKLARAzərbaycan Milli Məclisinin deputatları digər ölkələrin parlament üzvlərindən tamamilə fərqlənirlər

Əgər digər ölkələrdə, xüsusilə də Avropa ölkələrində deputat seçilmək istəyən şəxs bunu “milli görəv” kimi qəbul edirsə, Azərbaycanda isə əksər deputatlar bizneslərini qorumaq və fəaliyyət sahələrini daha genişləndirmək üçün deputat mandatı əldə etməyə çalışırlar. Xeyli sayda müqayisələr də apara bilərik. Lakin... Eyni zamanda dünyanın bir çox ölkələrində parlament üzvləri öz gəlirlərini açıqlayır, gəlir deklarasiyalarını təqdim edirlər. Deputat mandatı daşıyanlar arasında məşhur holdinq rəhbərləri, milyonçular və iş adamlarına da rast gəlmək mümkündür. Biz demirik ki, xarici ölkələrdə biznesmen deputatlar yoxdur, əksinə var, özü də milyarder deputatlar o qədər çoxdur ki... Sadəcə baxır kim deputat mandatına necə yanaşır. Məsələ ondadır ki, bütün ölkələrdə, hətta işğalçı, terrorçu Ermənistdanda da deputatlar deklorasiya təqim edir, gəlirləri haqqında məlumat verirlər. Nədənsə Azərbaycan Parlamentinin üzvlərinin gəlirləri ictimaiyyətə məlum deyil. Deputatlarımız arasında xeyli sayda milyonçuların olmaması da heç kimə sirr deyil. Mətbuat kluarlarında qeyri-rəsmi olaraq deputatlarımızın gizli saxladıqları biznesləri ilə bağlı müxtəlif məlumatlar yayılır.

Bolgexeber.com deputatlarımızdan bəzilərinin bizneslərini oxuculara təqdim edir:
Azərbaycanın biznesmen deputaları – SİYAHI- ƏMLAKLAR


Son günlərdə rüşvət, korrupsiya və və bir çox cinayətlərdə özünün və oğlunun adı hallanan Elmira Axundova.

-"Tayota Prado” minik avtomobili, ili 2015, nömrə nişanı Az 90 HH 111, alış tarixi 28.07.2015. Sahibi: Axundova Elmira Hüseyn qızı.


-"AUDI Q 7″ minik avtomobili, ili 2012, nişanı, Az 10 LS 050 30.05.2013. Sahibi Axundova Elmira Hüseyn qızı.

Bundan əlavə, Elmira Axundovanın adına:


-Bakı şəhəri, Xəzər rayonu,Şüvəlan qəsəbəsi, 30/4181 saylı bağ evi.


-Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd İbn Hinduşah Naxçıvani küçəsi 9 saylı ünvanda yerləşən 38 saylı qaraj;

-Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsində dəyəri bir neçə milyon olan 6 mərtəbəli ofis,

-Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd ibn Hinduşah Naxçıvani küçəsi 15 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi,

-"Port Baku Residence” yaşayış kompleksində ümumi sahəsi 375 kvadrat metr olan 1109 B saylı mənzil, 228 və 233 saylı dayanacaq yerləri,

-Qəbələ şəhəri, S.Ə.Şirvani küçəsi 112 ünvanında mülkiyyətində olan 0.14 ha torpaq sahəsi və üzərində yerləşən fərdi-yaşayış evi.

Azərbaycanın biznesmen deputaları – SİYAHI- ƏMLAKLAR
Həbib Axundovun adına olan əmlaklar:


-Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 3 A ünvanında yerləşən 0.0225 hektar torpaq sahəsi və üzərində "Çardaq” çay evi,


-"Port Baku Residence” yaşayış kompleksində 509 B saylı mənzil və əlavə olaraq dayanacaq yerləri.
Azərbaycanın biznesmen deputaları – SİYAHI- ƏMLAKLAR

Bunlar isə Həbib Axundovun maşın kolleksiyası:

-"Porsche Cayenne” minik avtomobili, ili 2012, nömrə nişanı 10 HH 111, alış tarixi 19.05.2014,


-"Jeep Wrangler” minik avtomobili, ili 2013, nömrə nişanı 90 XX 111. Alış tarixi 02.07.2014.

-"Porsche Panamera” minik avtomobili, ili 2013, nömrə nişanı 90 RR 111, alış tarixi 15.02.2014,

-"Porsche Cayenne” minik avtomobili, ili 2012, nömrə nişanı 90 CF 900, alış tarixi 03.10.2013.
“6-cı paralel” küçəsindəki “Favorit2 market və digər bir neçə yerdə ticarət obyektləri.


Azərbaycanın biznesmen deputaları – SİYAHI- ƏMLAKLAR

Yaxın qohumunu həbs etdirməsi xəbəri ilə gündəmə gələn deputat Əsabil Qasımov 2010-cu ildə millət vəkili seçilənə qədər “Karat” MMC şirkətinin prezidenti olub.

2006-cı ildə “Karat” MMC-nin də daxil olduğu “Karat Holdinq” yaradılıb. İki il sonra “Karat” MMC Mənzil Tikinti Kooperativi kimi qeydə alınıb. Həmin holdinqdə və MTK-da idarəçiliyi Ə.Qasımov deputat seçiləndən sonra yaxınlarına tapşırıb.

Mətbuatda yer alan məlumata görə, “Karat Holdinq"in tərkibinə - Karat MTK, İdeal MMC, İzmir MMC (tikinti şirkətləri); Azinvest Tikinti Şirkəti; Everest-M, Şin Servis (armatur alğı-satqısı); Karmen MMC (dəyirman və un alğı-satqısı); Hökməlidə Makaron Fabriki, Hökməlidə Kisə Fabriki; ASTEL MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıdada Quşçuluq Fabrikləri), Taxıl Anbarları və Dəyirman Kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); Gəncə Fatoğlu (un dəyirmanı); Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki Marina Plaza oteli; Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran; Bakı şəhəri Səməd Vurğun küçəsində Ağ Saray Binası; Bakı şəhəri Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi, 61-də yerləşən "Premium Market" daxildir.

Rəsmi olaraq adları çəkilən şirkətlər Əsabil Qasımovın adına olmasa da holdinqin onun nəzarəti altında olması şübhəsizdir.

Qardaşı oğlunun qətl törətməsindən sonra deputat Hüseynbala Mirələmovun sahibi olduğu restoranın adı mətbuata məlum oldu. Belə ki, deputatın qardaşı oğlu “1001 gecə” restoranında silahla bir nəfəri öldürüb, bir neçə nəfəri yaralamışdı. Bundan sonra H.Mirələmov mətbuata açıqlamasında həmin restoranın ona məxsus olduğunu təsdiqləmişdi. H.Mirələmov uzun müddət Neft-Qaz emalı zavodunun direktoru vəzifəsində çalışıb. Həmin vaxt əldə etdiyi böyük pul kütləsi ilə özünə biznes imperiyası qura bilib. Necə deyərlər, deputat mandatı ilə də biznesini qorumaqla məşğuldur.


Azərbaycanın biznesmen deputaları – SİYAHI- ƏMLAKLAR

Daim kəllə-mayallaq açıqlamaları ilə gündəmə gələn, tez-tez insanların heysiyyatının tapdalanmasına yönəlmiş fikirləri ilə “məşhur”laşan, Milli Məclisin Sosial siyasət komitəsinin sədri, Lənkəranın deputatı Hadı Rəcəbli də fəaliyyəti dövründə özünə yaxşı biznes qurduğu deyilir. Hərçənd ki, deputat bunu inkar etsə də Lənkəranda dəniz kənarında yerləşən möhtəşəm “Palıdlı Sahil” ailəsi istirahət mərkəzinin ona məxsus olması haqda mətbuatda dəfələrlə məlumat yayılıb. Bundan əlavə deputatın Lənkəran və paytaxt Bakıda da bir neçə biznes obyektlərinin olduğu deyilir.
Azərbaycanın biznesmen deputaları – SİYAHI- ƏMLAKLAR


Lənkəranın digər deputatı Rüfət Quliyevin adı biznesmen deputatlar sırasında hallanır . O, “European Tobacco Baku” ASC-nin İdarə Heyətinin sədridir. “European Tobacco Baku” ASC ölkəmizdə tütün məmulatlarının istehsalını yerinə yetirir. "European Tobacco"nun potensial gücü Azərbaycanda siqaretə tələbatın 80-85 faizini qarşılamağa imkan verir.
Azərbaycanın biznesmen deputaları – SİYAHI- ƏMLAKLAR


Deputat Cavanşir Feyziyev “AVROMED” şirkətinin təsisçisidir. C.Feyziyev deputat olmaqla yanaşı dərman biznesi ilə məşğul olur. Hazırda “Avromed” bütün dərman bazarını nəzarət edir.
Azərbaycanın biznesmen deputaları – SİYAHI- ƏMLAKLAR

Masallının deputatı Nəriman Əliyevin adı çəkilən rayonda bir sıra iri obyektlər sahibi olduğu deyilir. N.Əliyev Masallıdda biznesmen kimi ad çıxarıb.
Azərbaycanın biznesmen deputaları – SİYAHI- ƏMLAKLAR

Milli Məclisin digər üzvü Xanlar Fətiyev deputat olmaqla yanaşı Gəncə Avtomobil Zavodunun direktorudur. Deputatın Gəncə şəhərində bir neçə biznes obyektlərinin olduğu deyilir.


Azərbaycanın biznesmen deputaları – SİYAHI- ƏMLAKLAR

Deputat Malik Həsənov qardaşı Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənova məxsus “Azinko” şirkətini idarə edir.

Azərbaycanın biznesmen deputaları – SİYAHI- ƏMLAKLAR


Salyandan seçilən deputat, ehtiyyatda olan general-leytenant Əliağa Hüseynov biznesi olan deputatlardandır. Paytaxtın Həsən bəy Zərdabi prospekti 20-də, metronun “20 yanvar" stansiyasının yaxınlığında yerləşən "Atlantis" şadlıq sarayı və “Adanalı Hasan Kolcuoğlu” restoranın ona məxsus olduğu bildirilir. Deputat bundan əlavə Salyanda ferması da mövcuddur.


Azərbaycanın biznesmen deputaları – SİYAHI- ƏMLAKLAR

Ölkədə bir sıra məmur və deputatlar bizneslə məşğul olsa da adətən bu işi qohumlarının, yaxınlarının adına sənədləşdirirlər. Deputat Rafael Cəbrayılovun tikinti biznesi ilə məşğul olduğu deyilir. Deputat mətbuata verdiyi müsahibələrində bunu inkar edərək özünün yox, qardaşlarının tikinti şirkətlərinin olduğunu qeyd edib.


Azərbaycanın biznesmen deputaları – SİYAHI- ƏMLAKLAR

Deputat Ülvi Quliyevin də geniş biznes şəbəkəsi var. “Loğman” apteklər şəbəkəsi ona məxsusdur. Həmçinin deputatın adı kürü məsələsində də tez-tez hallanır.

Milli Məclisin deputatları Rüstəm Xəlilov, Tahir Mirkişili və İqbal Məmmədovla bağlı ayrı-ayrılıqda geniş material drəc edərək əmlaklarının siyahısını açıqlayacağıq.

Adlarını parlamentdə başqa deputatlar da var ki, biznes fəaliyyəti ilə məşğul olduqları deyilir.
Bölmə: Gündəm | 03 avqust 2018 12:25 | Baxış sayı: 2680





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: