BolgeXeber.Com » Xəbərlər » Vüsalə Mahirqızı APA-nın aqibəti haqda danışdı: “Araşdırma aparılır”

Vüsalə Mahirqızı APA-nın aqibəti haqda danışdı: “Araşdırma aparılır”

3-08-2018, 14:39
Oxunub: 2 108 Vüsalə Mahirqızı APA-nın aqibəti haqda danışdı: “Araşdırma aparılır”"APA Holding”in prezidenti Vüsalə Mahirqızı bu media quruluşuna daxil olan saytların bloklanması məsələsinə aydınlıq gətirib.

Bolgexeber.com-un modern.az-a istinadən məlumatına görə V.Mahirqızı bu haqda açıqlamasında deyib ki, müəyyən problemlər yarandığına görə "APA Holding"ə daxil olan saytların fəaliyyəti şirkətin özü tərəfindən dayandırılıb:

"Müəyyən problemlər yarandığına görə "APA Holding"ə daxil olan saytların fəaliyyəti şirkətin özü tərəfindən dayandırılıb. Araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək”.

Xatırladaq ki, "APA Holding"ə daxil olan saytların fəaliyyəti avqustun 1-də axşam saatlarında dayandırılıb. Nəticədə Apa.az, Lent.az, Vesti.az, APA.TV saytlarına giriş məhdudlaşıb.