BolgeXeber.Com » İqtisadiyyat » Masazır sakinlərinin nəzərinə: “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu dəfə sizin kənddə

Masazır sakinlərinin nəzərinə: “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu dəfə sizin kənddə

3-08-2018, 18:04
Oxunub: 3 138 Masazır sakinlərinin nəzərinə: “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu dəfə sizin kənddəƏmlak Məsələləri Dövlət Komitəsinin vətəndaşlara operativ xidməti təklif edən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı kampaniyasının növbəti ünvanı Abşeron rayonu, Masazır kəndi olacaq

Belə ki, sakinlər daşınmaz əmlakın bütün növ qeydiyyat xidmətləri ilə bağlı 6-10 avqust tarixlərində saat 09:00-dan 17:00-a qədər Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində (Əliağa Vahid parkının qarşısı) fəaliyyət göstərən mobil ofislərə müraciət edə bilərlər.
Qeyd edək ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində həyata keçirilən bu sosial kampaniya hazırda Abşeron rayonu, Məmmədli kəndi, Əli Bayramov küçəsi 30 ünvanında vətəndaşlara xidmət göstərir. Bu günə qədər kampaniya Ceyranbatan və Saray qəsəbələrində reallaşıb. Sosial layihə çərçivəsində 450-yə yaxın müraciət daxil olub, 150-dən artıq sənəd qəbul edilib.
Bolgexeber.com