loading...
XƏBƏR LENTİ
Kofi Annan vəfat etdi
18 avqust 14:47
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Palata Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarladı

Palata Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarladıHesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən 2016-cı il fevralın 1-dən bu il yanvarın 1-dək olan dövrdə Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib

Palatanın mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, auditlə əhatə olunan dövrdə hər ilin sonuna mərkəzin anbarında olan böyük məbləğdə dərman qalığı proqnozlaşma zamanı nəzərə alınmayıb, mərkəzləşdirilmiş qaydada alınmış dərman vasitələrinin bölgüsü zamanı mütənasiblik gözlənilməyib, bəzi hallarda dərman preparatlarının və tibbi ləvazimatların yararlılıq müddəti nəzərdə tutulduğundan aşağı olub.

Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarət həyata keçirilib, bununla yanaşı 2016-cı və 2017-ci illərdə alınmış bir qisim dərmanların qiyməti tənzimlənməyib.

Dövlət Proqramları üzrə nəzərdə tutulan tədbirlər əsasən icra edilib, lakin şəkərli diabet xəstəlikləri üzrə bəzi tədbirlərin icrası tam və müəyyən olunmuş müddətdə təmin olunmayıb, dövlət proqramları və tədbirləri üzrə həyata keçiriləcək tədbirlərin aralıq və son nəticələrinin qiymətləndirilməsi üçün kəmiyyət və keyfiyyət göstəriciləri, eləcə də monitorinqlərin aparılması mexanizmi müəyyən edilməyib.

Hesablama Palatasının kollegiyası Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması və bu istiqamətdə həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Səhiyyə Nazirliyinin innovasiya və Təchizat Mərkəzinə, eyni zamanda, auditin nəticələri ilə bağlı məlumat aidiyyəti üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilib.

Auditin nəticələri ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib.

Qeyd edək ki, məlumat "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununa əsasən və "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın 5.7-ci bəndinin icrası olaraq hazırlanıb.
Bölmə: Xəbərlər | 04 avqust 2018 11:48 | Baxış sayı: 138





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: