BolgeXeber.Com » Ölkə » Təcili Tibbi Yardım Stansiyasında Yaqub Məmmədov “fenomeni” – pullar necə silinir?

Təcili Tibbi Yardım Stansiyasında Yaqub Məmmədov “fenomeni” – pullar necə silinir?

4-08-2018, 12:38
Oxunub: 17 583 Təcili Tibbi Yardım Stansiyasında Yaqub Məmmədov “fenomeni” – pullar necə silinir?TTY Stansiyasının Qarajı üzdə olmayan bir idarədir

Təcili Tibii Yardım stansiyası ilə bağlı zaman-zaman şikayətərin şahidi oluruq. Hətta bir müddət öncə TTY maşınlarının çağırış yerinə gec getməsi ucbatından böyük narazılıq da yaranmışdı. Heç şübhəsiz ki, TTY maşınlarının çağırış yerinə vaxtında gedib çatmamasında qradikin düzgün qurulmaması ilə yanaşı, maşınların texniki nazaslığı da az rol oynamır. Məsələ ilə ilə bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Operativ və Hospital İşlər üzrə Baş həkimin müavini Murad Mirzəzadə mətbat konfransı keçirərək TTY maşınlarının Bakı sakinlərinin çağırışlarına vaxtında yetişə bilməməsinə münasibət bildirmişdi. Lakin problem itmək bilmir.
Ümumiyyətlə, vətəndaşlara keyfiyyətli xidmət göstərmk üçün dövlət baçısı səhiyyə sektoruna xüsusi həssaslıqla yanaşır. Ölkəmizdə bütün tibb müəssisələri ən müasir avadanlıqlarla təchi olunub. Obyektivlik üçün qeyd edək ki, Səhiyyə Naziri Oqtay Şirəliyev dövlət başçısı tərəfindən verilən tapşırıqları yerinə yetirə bilib. Lakn bu o demək deyil ki, bu sahədə problem yoxdur. Birbaşa mətləbə keçək!
TTY Stansiyasının Qarajı üzdə olmayan bir idarədir. TTY Stansiyasının maşınlarının saz vəziyyətdə olması üçün dövlətdən zaman-zaman ciddi məbləğdə vəsait ayrılır. Nərimanov rayonu, keçmiş Çapayev küçəsində yerləşən TTYS-nın Qarajı gödən və nəzrdən tamamilə uzaq idarə olsa da, əslində böyük bir məsuliyyətin altındadır. Yuxarıda qeyd etdiyimiz kimi TTY maşınlarının çağırış yerinə vaxtında çata bilməməsində maşınların texniki nasazlığı da böyük rol oynayır.
Elə məqsədlə də Bolgexeber.com olaraq TTYS-nın Qarajı, orada baş verənlər, maşınların texniki vəziyyəti ilə bağlı kiçik bir araşdırma apardıq. Önc onu qeyd edək ki, Yaqub Məmmədov adlı şəxs illərdir ki, həmin qaraja rəhbərlik edir. Lakin məsələ bununla bitmir.
Araşdırmalarımız nəticəsində bəlli oldu ki, Y.Məmmədov qaraja məxsus əksər boksları arendaya verib. Bokslar arendaya verildiyi üçün TTYS maşınlarının texniki baxışına zaman qalmır.
Bundan başqa əldə olunan məlumatlaa əsasən, TTYS-a məxsus maşınlara hansısa detal lazım olduqda, Y.Məmmədov bu vəzifəni də yerinə yetirir. Bəs necə? İş ondadır ki, maşınların texniki hissələri ucuz qiymətə, işlənmiş və “kitayski” forada alınır. Bu da keyfiyyəti aşağı salır. Tez-tez xarab olan maşınlardan pul qazanmaq, dövlətdən pul silmək elə də çətin olmur.
Həmçinin Qarajın balasında olan 150-dən artıq maşının heç biri texniki baxışdan keçmir. Y.Məmmədovun əlaqələri və şəxsi “görüm-baxım” işləri hesabına TTYS maşınarının texniki baxış sənədi də gətirilib yerindəcə vurulur. Bəs maşınların texniki baxışdan keçməsi üçün nə qədər vəsait ayrılır? Y.Məmmədov bu vəsaitdən necə istifadə edir? Qaraja məxsus bokslar hansı qiymətə arendaya verilib? Benzin talonları üzrəidən hansı formada mxinasiyalar həyata keçirilir?
Y.Məmmədovun arxasında hansı məmurun durduğu ilə bağlı da dəqiq məlumatlar əldə etmişik.
Bütün bu suallara cavab növbəti yazımızda...
Bolgexeber.com