BolgeXeber.Com » Xəbərlər » DİN "Naxçıvan"dakı atışma barədə MƏLUMAT YAYDI - 1 nəfər həbs olunub, digərləri axtarılır

DİN "Naxçıvan"dakı atışma barədə MƏLUMAT YAYDI - 1 nəfər həbs olunub, digərləri axtarılır

10-08-2018, 11:06
Oxunub: 2 276 DİN "Naxçıvan"dakı atışma barədə MƏLUMAT YAYDI - 1 nəfər həbs olunub, digərləri axtarılırAvqustun 9-da Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən kafelərdən birində naməlum şəxs odlu silahdan atəş açaraq Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Namiq Allahverdiyevə və Elxan Kərimova xəsarət yetirib

Nəticədə N.Allahverdiyev ölüb, E.Kərimov isə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir ki, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin üstü “isti izlər”lə açılıb. Qətli törətməkdə şübhəli bilinən şəxsin həmin qəsəbə sakini, əvvəllər məhkum olunmuş Hikmət Abbasquliyev olması müəyyən edilib və o, görülmüş tədbirlərlə tutulub.

H.Abbasquliyevdən 1 ədəd nömrəsi silinmiş “AKMS” markalı silah, 17 ədəd patron və 1 ədəd patron darağı maddi sübut kimi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Hadisənin digər iştirakçıları müəyyən edilib və onların da tutularaq cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.