BolgeXeber.Com » İqtisadiyyat » Bakıda tramvaylar bərpa olunur? - Açıqlama

Bakıda tramvaylar bərpa olunur? - Açıqlama

10-08-2018, 14:32
Oxunub: 2 876 Bakıda tramvaylar bərpa olunur? - AçıqlamaDövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Bakıda tramvayların fəaliyyətinin bərpa olunması məsələsinə aydınlıq gətirib.

Trend-in məlumatına görə, S.Nuriyev bildirib ki, Bakı şəhərinin Baş Planı çərçivəsində Bakıda tramvayların bərpası ilə bağlı aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılacaq:

“İndiki mərhələdə bu barədə dəqiq fikir söyləmək tezdir”.

Komitə sədri bildirib ki, Bakıdakı mövcud vəziyyət və dünya təcrübəsi araşdırılaraq uyğun qərar veriləcək.