BolgeXeber.Com » İqtisadiyyat » Azərbaycan nefti cüzi bahalaşdı

Azərbaycan nefti cüzi bahalaşdı

11-08-2018, 09:24
Oxunub: 2 513 Azərbaycan nefti cüzi bahalaşdıCIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 73,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,23 dollar/barel çoxdur.

Bolgexeber.com trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 9-da 72,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,2 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 9-da 69,33 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,4 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 9-da 70,63 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,13 dollar/barel çoxdur.