BolgeXeber.Com » Xəbərlər » Axtarışda olan 31 nəfər saxlanılıb

Axtarışda olan 31 nəfər saxlanılıb

11-08-2018, 12:29
Oxunub: 1 823 Axtarışda olan 31 nəfər saxlanılıb2018-ci il avqust ayının 10-dan 11-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayılıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 97 cinayət faktı qeydə alınıb, onların da 16-sı “isti izlər”lə açılıb.

Bildirilir ki, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub, axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.