loading...
XƏBƏR LENTİ
Kofi Annan vəfat etdi
18 avqust 14:47
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Ərdoğandan sərt açılama: "ABŞ bizi dinləməsə..."

Ərdoğandan sərt açılama: "ABŞ bizi dinləməsə..."Türkiyə hər dəfə ehtiyac yarananda ABŞ-ın yardımına yetişib.

Axar.az xəbər verir ki, bu sözlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Nyu York Tayms” qəzetinə müsahibəsində deyib.

“Koreyada hərbçilərimiz amerikalılarla birgə vuruşub. Kuba böhranı zamanı Türkiyə torpaqlarında “Yupiter” raketlərinin yerləşdirilməsinə icazə verərək, ABŞ-ın böhranı aradan qaldırmaq cəhdlərinə yardım göstərdi. 11 sentyabr terror hücumlarından sonra Vaşinqton bu qəddarlığı edənlərə qarşılıq üçün dostlarını və müttəfiqlərini gözləyəndə, hərbi birləşmələrimizi Əfqanıstana göndərdik” – deyə o bildirib.

Onun sözlərinə görə, ABŞ Türkiyə xalqının narahatlıq səbəblərini anlamır və hörmət nümayiş etdirmir:

“Son illərdə iki ölkənin ortaqlığı ABŞ tərəfindən anlaşılmazlıqlarla sınanıb. Təəssüf ki, bu trendi tərsinə çevirmək cəhdlərimiz uğursuzluğa düçar olub. ABŞ Türkiyənin suverenliyimizə hörmət nümayiş etdirib, millətimizin qarşı-qarşıya qaldığı təhlükələri anladığını isbat edə bilməsə, ortaqlığımız riskə girəcək”.

Ərdoğan məqaləsi zamanı FETÖ məsələsinə də toxunub:

“FETÖ-çülər hökumətimə qarşı qanlı çevriliş həyata keçirməyə çalışdılar. O gecə milyonlarla vətəndaş, şübhəsiz ki, Perl Harbor və 11 sentyabr hücumlarından sonra amerikalıların etdiyi kimi vətənə bağlılıq hissi ilə küçələrə çıxdılar. Uzun müddətdir mənim seçki kampaniyalarımı aparan dostum Erol Olçok və oğlu Abdullah Tayyib Olçokun da içində olduğu 251 dinc sakin ölkəmizin müstəqilliyi üçün canlarını fəda etdilər. Əgər ailəmin və mənim arxamca gələn ölüm manqası uğurlu olsaydı, mən də onlardan biri olacaqdım. Türk xalqı ABŞ-dan bu hücumu kəskin bir dillə qınamasını və Türkiyənin seçilmiş hökumətinə dəstək olmasını dilə gətirməyini istədi. ABŞ isə bunu etmədi. Türk demokratiyasının yanında olmaq yerinə ABŞ rəsmiləri ehtiyatlı şəkildə “Türkiyədə sabitlik, sülh” çağırışları etdilər. Bu da azmış kimi Türkiyənin ikitərəfli anlaşma çərçivəsində Fətullah Gülənin ekstradisiyası üçün irəli sürdüyü tələblərdə də heç bir irəlləyiş əldə edilmədi”.

O, ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarını yanlış qərar adlandırıb:

“Tramp Branson məsələsində hüquqi prosesə sayğı duymaq yerinə dost bir millətə qarşı təhdidlər yayımladı və Nazirlər Kabinetimizin bir çox üzvünə qarşı sanksiyalar tətbiq etdi. Bu qərar qəbuledilməz və məntiqsizdir. Hökumətimizi hüquqi prosesə müdaxilə etməyə məcbur etməyə çalışmaq konstitusiyamıza və ortaq demokratik dəyərlərimizə uyğun deyil.

ABŞ bizi dinləməsə, bir daha öz göbəyimizi özümüz kəsəcəyik. 1970-ci illərdə Türkiyə Vaşinqtonun etirazlarına rəğmən Kipr yunanları tərəfindən türklərə qarşı soyqırımı əngəlləmək üçün Kiprə girdi. Son zamanlar Vaşinqtonun Suriyanın şimalından gələn milli təhlükəsizlik təhdidləriylə bağlı bizim narahatlığımızın ciddiyətini anlaya bilməməsi, İŞİD-in NATO sərhədlərindən uzaqlaşdırılmasına səbəb olan və YPG-ni Afrindən çıxarılmasına şərait yaradan iki hərbi əməliyyatla nəticələndi. Bu vəziyyətlərdə olduğu kimi bundan sonra da milli maraqlarımızı qorumaq üçün gərəkli addımları atacağıq”.
Bölmə: Siyasət | 11 avqust 2018 14:14 | Baxış sayı: 84





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: