BolgeXeber.Com » Ölkə » “2 dəfə keyfiyyətsiz telefon satıblar, qaytarmırlar” - “Maxi.az”-dan şikayət

“2 dəfə keyfiyyətsiz telefon satıblar, qaytarmırlar” - “Maxi.az”-dan şikayət

11-08-2018, 15:35
Oxunub: 7 049 “2 dəfə keyfiyyətsiz telefon satıblar, qaytarmırlar” - “Maxi.az”-dan şikayət"Maxi.az" İntegral QSC dükanlar şəbəkəsindən Azad İstehlakçılar Birliyinə şikayət daxil olub.

Cebhe.info xəbər verir ki, sözügedən şikayət haqqında AİB sədri Eyyub Hüseynov bildirilib. O, deyib ki, bu məsələni danışıq yolu ilə həll edə bilməyiblər və şikayət İqtisadiyyat naziri Şahin Mustafayevə göndərilib:

Şikayəti Bakı şəhəri, F.X.Xoyski pr, ev 81, mənzil 4 ünvanında yaşayan Rəhmanova Aida Tələt qızı edib. Həmin şikayət ərizəsini təqdim edirik:

“8 fevral 2018-ci il tarixində Nərimanov rayonu F.X.Xoyski prospekti ev 830-835-ci məhəllə ünvanında yerləşən "Gənclik Mall" Ticarət Mərkəzinin "Maxi.az" İntegral QSC məişət texnikası və elektronika mağazasından "Xiaomi Redmi" 4X 3G/32GB DualSim Cold telefon aldım və 359 AZN ödədim. Telefonu ancaq aprel ayından istifadə etməyə başladım. Proqramist tərəfindən telefonda sadə internet, E-mail və WhatsApp açıldı. Telefonu çox səliqəli və ehtiyatla istifadə edirdim. Lakin telefonda mənə həmişə məlumat gəlirdi ki, telefonun batareyasında 5 problem, sonradan 4 problem var. Məni həm də telefonun olduqca güclü qızması narahat edirdi. Mən bir neçə telefon təmiri ustaları ilə məsləhətləşdim və hamısı mənə telefonun problemli olduğunu bildirdilər və onun qaytarılmasını məsləhət gördülər.

Nəzərinizə çatdırım ki, mən bundan əvvəl də "Gənclik Mall" Ticarət Mərkəzinin "Maxi.az" mağazasından telefon almışam və buradan aldığım telefon istifadə olunmuş, işlənmiş, problemli olmuşdur.

Mən ikinci dəfə "Maxi.az"-dan telefon almaq istəmirdim və bu mağaza şəbəkəsinə inanmırdım. Lakin mən Gold rəngli "Xiaomi" telefon almaq arzusunda idim. Başqa mağazada bu rəngdə, mən istəyən model yox idi. Mən "Maxi.az" mağazasının meneceri Pərvizə yaxınlaşıb (bir neçə cəhddən sonra onu işdə tapdım), ondan xahiş etdim ki, normal, problemsiz, yaxşı çeşid telefondan mənə versin, ona görə ki, əvvəl də problemli telefonu bu mağazadan almışam. Menecer Pərviz heç mənimlə danışmaq belə istəmədi.

Ümumiyyətlə "Maxi.az" mağazasında səhlənkarlıq, məsuliyyətsizlik hökm sürür, insanlara göstərilən xidmət, davranış çox aşağı səviyyədədir. Hətta mən menecerə dedim ki, bəlkə 1-2 həftədən sonra gəlim, normal, problemsiz telefon çeşidləri olanda. Ancaq satıcı mənə tez bir vaxtda "Redmi 4X Gold" telefonu gətirdi.

Demək olar telefondan istifadə etmirəm ki, batareyası tam xarab olmasın. Halbuki başqa mağazalardan alınan eyni telefonlara çoxlu proqramlar yüklənir, ancaq telefon normal, problemsiz işləyir. Mən dəfələrlə "Maxi.az"-ın Əhməd Rəcəbli 2/1 ünvanında yerləşən müdiriyyətinə müraciət etmişəm ki, ikinci dəfə sizdən aldığım telefon yenidən problemli çıxdı. Lakin müdiriyyət problemi həll etmədən məni həmişə yola salır.

"Maxi.az"-ın direktoru çox özündən razı gənc adam İlkin Qasımovdur. Onun köməkçisi ona bənzər Namiq Alipovdur. Bu gənc adamlar hardan Azərbaycana telefonları gətirirlər ki, bu qədər problem çıxır? İnternetdə ucuz başa gələn mobil telefonlardan çoxlu məlumatlar var. Niyə mənə ikinci dəfədir ki, "Maxi.az"-dan keyfiyyətsiz mal satılır?”.

Bildirək ki, şikayətçi telefonun qaytarılmasını və ödədiyi 359 AZN-ın geri verilməsini istəyir.