BolgeXeber.Com » Ölkə » İşıqforun qırmızı işığından keçən taksinin qəza görüntüləri - VİDEO

İşıqforun qırmızı işığından keçən taksinin qəza görüntüləri - VİDEO

11-08-2018, 16:44
Oxunub: 2 656 İşıqforun qırmızı işığından keçən taksinin qəza görüntüləri - VİDEONəsimi rayonunda iki minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə Füzuli küçəsində baş verib.

Belə ki, Büllbül prospekti ilə hərəkətdə olan taksi fəaliyyəti ilə məşğul olan 90-XL-035 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilinin sürücüsü işıqforun qırmızı işığından keçib. Bu zaman "Mercedes"-in sürücüsü idarəetməni itirərək Füzuli küçəsində işıqforun yaşıl işığından keçən "Vaz 2107"-ə çırpılıb.

"Vaz 2107"in içərisində olan ailənin üç üzvü yüngül bədən xəsarətləri alıb.

Hər üç şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.