BolgeXeber.Com » Ölkə » Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

13-08-2018, 09:50
Oxunub: 2 741 Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb2018-ci il avqust ayının 11-dən 13-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb

Bolgexeber.com Daxili İşlər Nazirliyinin məlumatını təqdim edir:

- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 195 cinayət faktı qeydə alınmış, onların da 33-ü “isti izlər”lə açılmışdır.

- Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunmuşdur.

- Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

- Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 6 nəfər xəsarət almışdır.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

- Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılmışdır.