BolgeXeber.Com » Siyasət » Rəsmi Bakı: Türkiyənin yanındayıq

Rəsmi Bakı: Türkiyənin yanındayıq

13-08-2018, 18:11
Oxunub: 2 253 Rəsmi Bakı: Türkiyənin yanındayıqAzərbaycan və Türkiyə arasında bütün sahələrdə strateji müttəfiqlik gündən-günə güclənir.

Bunu açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyevin sözlərinə görə, Azərbaycan Türkiyə ilə iqtisadi münasibətlərinə xüsusi önəm verir və bu əlaqələrin inkişafına qarşılıqlı sərmayə qoyuluşları, ikitərəfli ticarət, regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrində iştirakla öz töhfəsini verməkdədir:

“Ölkəmiz Türkiyənin iqtisadiyyatına sərmayə qoyuluşlarının davamı ilə yanaşı, Türkiyə iqtisadiyyatında yaxından iştirakını davamlı olaraq artırmaqdadır.

Azərbaycan Türkiyənin son illər həyata keçirdiyi meqalayihələrin yaxın zamanlarda Türkiyənin və regionun iqtisadiyyatı və təhlükəsizliyinə əlavə imkanlar təmin edəcəyini hesab edir və sarsılmaz Türkiyə iqtisadiyyatının gələcəyinə tam əmindir.

Azərbaycan hər zaman olduğu kimi, bütün sahələrdə qardaş Türkiyə xalqı və dövlətinə hərtərəfli dəstəyini davam etdirəcək”.