Tərtərdə qanvermə aksiyası keçirilib-FOTO
13-08-2018, 21:10
Oxunub: 2 612
Avqustun 13-də Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya institutunun və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon mərkəzi xəstəxanasında talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq məqsədilə qanvermə aksiyası keçirilib
Bolgexeber.com xəbər verir ki,aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, gənclər, ümumilikdə 1000 nəfərə yaxın rayon sakini könüllü olaraq iştirak edib.
Qanvermə aksiyasında iştirak edənlər əvvəlcə müayinədən keçib, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib.
Aksiyada 165 nəfər qan verib.
Aksiyada iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, həyatının davamı üçün başqalarının köməyinə ehtiyacı olan insanlara kömək etmək hər birimizin vətəndaşlıq borcudur. Gəlin, belə insanların taleyinə biganə qalmayaq və imkanımız yetdiyi qədər onlara öz yardım əlimizi uzadaq.
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər