BolgeXeber.Com » Xəbərlər » Bərdədə 2 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirilib

Bərdədə 2 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirilib

14-08-2018, 13:23
Oxunub: 2 530 Bərdədə 2 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirilibBərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə bir sıra tədbirlər təşkil olunub.

12 avqust – Beynəlxalq Gənclər Günü Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən geniş silsilə tədbirlərlə qeyd olunub. Sözü gedən tədbirlərdən biri də Bərdə rayon Tarix-Diyarşünaslıq muzeyində baş tutub. Rayonun fəal gəncləri, Bərdə Asan Xidmət mərkəzinin gənc üzvlərinin də iştirakı ilə baş tutan tədbirdə öncə gənclər Bərdə rayonu ərazisində yerləşən Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar, daha sonra Mərkəzin qarşısında ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.
Tədbirin rəsmi hissəsində çıxış edən rayon Tarix-Diyarşünaslıq muzeyinin direktor əvəzi Mehriban Əliyeva əlamətdar günün tarixindən məlumat verərək Azərbaycanda gənclərin dövlət tərəfindən ən yüksək diqqət və qayğı ilə əhatə olunmasıda ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən söz açıb. Məhz 1996-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin I Forumu keçirilib. 1997-ci ildə imzalanan Sərəncamla fevralın 2-si ölkəmizdə Azərbaycan Gəncləri Günü elan olunub. Hazırda ölkəmizdə gənclər siyasətinin mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu və bu uğurlu siyasətin ölkə prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Çıxış edən regional idarənin məsləhətçisi Əhliyyət Əliyev isə ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətindən bəhs edərək qeyd edib ki, Ümummilli Liderin gənclərə diqqət və qayğısı nəticəsində Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradılıb, 2 fevral tarixi Gənclər Günü kimi təsis edilib. Bu gün ulu öndər Heydər Əliyevin gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əhliyyət Əliyev onu da qeyd edib ki, ölkədə gənclərə qayğı gündən-günə artır. Onlara etimad göstərilməyə, məsul vəzifələrdə çalışamalarına şərait və imkan yaradılır. Gənclərin ixtisaslarının artırılmasına, çalışdıqları sahələr üzrə daha da təkmilləşmələri, inkişaf etmiş demokratik ölkələrin təcrübələrinə yiyələnmələri üçün qayğı göstərilir.

Çıxışlardan sonra tədbir bir-birindən maraqlı səhnəcik və musiqi nömrələrinin ifası ilə yekunlaşıb.
Bolgexeber.com