BolgeXeber.Com » Gündəm » DİN: Razılaşdırılmamış aksiyaların keçirilməsinə imkan verilməyəcək

DİN: Razılaşdırılmamış aksiyaların keçirilməsinə imkan verilməyəcək

8-03-2011, 02:00
Oxunub: 5 745
Azərbaycan Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Bakı şəhərində martın 11-də kütləvi aksiyaların keçirilməsi ilə bağlı yayılan çağırışlara münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətindən Bolgexeber.com-a bildirilib ki, istər ölkə paytaxtında, istərsə də bölgələrdə kimlərinsə və ya hansısa siyasi qüvvələr tərəfindən icra strukturları ilə razılaşdırılmamış hər hansı kütləvi aksiyanın keçirilməsinə imkan verilməyəcək: “Birmənalı olaraq bildiririk ki, icra strukturları ilə razılaşdırılmamış aksiyaların qarşısı daxili işlər orqanları tərəfindən qətiyyətlə alınacaq”.

Qeyd edək ki, “Facebook” sosial şəbəkəsində bir qrup gənc martın 11-də aksiyalara başlayacağı barədə elan yerləşdirib.