BolgeXeber.Com » Dünya » Saakaşvili yumurta yağışına tutuldu

Saakaşvili yumurta yağışına tutuldu

14-02-2013, 05:20
Oxunub: 3 999 Qərbi Gürcüstanda president Mixail Saakaşvilinin maşın karvanı yumurta “yağışı”na düşüb
Mixail Saakaşvili Zuqdidi rayonunun Narazeni kəndində etiraz aksiyası ilə qarşılanıb. “Gürcüstanı müdafiə et” yerli təşkilatının lideri Kaxa Mikaya və digər təşkilatların fəalları prezidentin eskortu hərəkət edən yolu bağlamağa çalışıblar.
Etiraz aksiyası zamanı maşınlara yumurta atılıb və prezident hədələnib. Polisin işə qarışması nəticəsində kütləni dayandırmaq mümkün olub.
APA