BolgeXeber.Com » Gündəm » İcra başçısının müavini idarə rəhbərlərindən qoyun istədi: çəkisi 15 kq-dan az olmasın - FOTOFAKT

İcra başçısının müavini idarə rəhbərlərindən qoyun istədi: çəkisi 15 kq-dan az olmasın - FOTOFAKT

15-08-2018, 17:32
Oxunub: 3 511 İcra başçısının müavini idarə rəhbərlərindən qoyun istədi: çəkisi 15 kq-dan az olmasın - FOTOFAKTYerli icra orqanlarının tabeçiliyindəki idarə-müəssisə rəhbərlərindən, iş adamlarından qanusuz ödəmələr tələb etməsi günümüzün acı reallığına çevrilib

Bununla bağlı bu günə qədər çoxsaylı faktlar var və onların bəziləri tərəfimizdən ictimailəşdirilib. Anoloji hallla bağlı Savash.org yeni fakt əldə edib.

Belə ki, Yasamal rayon icra hakimiyyəti başçısının müavini Xaliq Möhbalıyevin rəsmi blankda idarə və müəssisələrə ünvanladığı sərəncamın fotosu yayılıb. Həmin sənəddə bildirilir ki, qarşıdan gələn Qurban bayramı münasibətilə əlil, tənha və aztəminatlı ailələrə paylanmaq məqsədilə çəkisi 15 kq-dan az olmayan 1 ədəd qurbanlıq sənəddə göstərilən ünvana çatdırılmalıdır.

Bolgexeber.com əlavə şərhə ehtiyac duymadan sənədin fotosunu oxuculara təqdim edir.
İcra başçısının müavini idarə rəhbərlərindən qoyun istədi: çəkisi 15 kq-dan az olmasın - FOTOFAKT