BolgeXeber.Com » Xəbərlər » Prezident prospektin yenidən qurulmasına 20,1 milyon manat ayırdı

Prezident prospektin yenidən qurulmasına 20,1 milyon manat ayırdı

15-08-2018, 18:41
Oxunub: 1 625 Prezident prospektin yenidən qurulmasına 20,1 milyon manat ayırdıPrezident İlham Əliyev Bakı şəhərinin Babək prospektinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bolgexeber.com xəbər verir ki, Bakı şəhəri ərazisində ümumşəhər əhəmiyyətli Babək prospektinin yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 20,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.