Azərbaycanda porno saytları hansı qurum bloklayıb? (RƏSMİ)
15-08-2018, 18:44
Oxunub: 7 453
Ölkə ərazisində girişi məhdudlaşdırılan "Xvideos”, "Xnxx” kimi video-portallarla bağlı rəsmi açıqlama verilib.
Bolgexeber.com-un məlumatına görə, məsələ ilə bağlı oxu.az-ın sorğusuna cavab olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən bildirilib ki, Azərbaycanda pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatların yayılması, saytlarda yerləşdirilməsi qanunla qadağandır.
Qeyd olunur ki, yayılması qadağan edilən informasiyalar dərc olunmuş saytların ölkə ərazisində fəaliyyətinin məhdudlaşdırılması müvafiq qanunun tələblərinə uyğun olaraq həyata keçirilir:
"Fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında Elektron Təhlükəsizlik Xidməti tərəfindən saytın və onun domen adının sahibinə, o cümlədən host provayderə yazılı xəbərdarlıq edilir.
Səkkiz saat ərzində yayılması qadağan edilən informasiya saytdan götürülmədikdə, Xidmət tərəfindən həmin saytın ölkə ərazisində fəaliyyətinin məhdudlaşdırılması barədə müvafiq məhkəmə instansiyalarına müraciət olunur.
Aidiyyəti qurumların müraciəti əsasında Elektron Təhlükəsizlik Xidməti tərəfindən bəzi qeyri-etik məzmunlu saytlarla əlaqədar məhkəmə instansiyalarına müraciət olunub və onların ölkə ərazisində fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı müvafiq qərar qəbul edilib”, deyə açıqlamada bildirilir.
Qeyd edək ki, porno saytların ölkə ərazisində məhdudlaşdırılması sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər